|
|
Müqəddəs Məkkə və Mədinə şəhərlərini birləşdirən yüksək sürətli qatarın sınağı keçirilib - FOTOSəudiyyə Ərəbistanının müqəddəs Məkkə və Mədinə şəhərlərini birləşdirən “Əl-Hərəmeyn” adlanan dəmiryolunun tikintisi başa çatıb və yüksəksürətli qatarın ilk uğurlu sınağı həyata keçirilib.
Ahlibeyt.az-ın Maide.info-ya istinadən məlumatına görə, sürətli elektrik qatarının sınaq mərasimindaə Məkkə vilayətinin şahzadəsi Bəndər bin Abdullah və digər rəsmilər iştirak edib.
Sınaq zamanı rəsmiləri daşıyan qatar Ciddə şəhərindən Rabiq qəsəbəsinə və Mədinəyə gedib və oradan da yenidən Ciddəyə qayıdıb. Sınaq zamanı qatar saatda 300 km-dək sürəti artırıb.
“Əl-Hərəmeyn” adlanan dəmiryolu boyunca Məkkə və Mədinə şəhərlərindəki son dayanacaq da daxil olmaqla 5 stansiya (dayanacaq) olacaq. Ara stansiyaları Rabiq qəsəbəsində, Ciddə şəhərində və Kral Əbdüləziz adına Beynəlxalq Hava Limanında fəaliyyət göstərəcək. 450 kilometrlik dəmiryolu 2018-ci ildə istifadəyə veriləcək.
Bu dəmiryolu vasitəsilə hər il 60 milyon sərnişin daşınması planlaşdırılır. Məkkə - Mədinə istiqamətində 35 qatarın fəaliyyət göstərəcəyi bildirilir.
Məkkə-Mədinə dəmir yolunun tikintisi üçün tender 2011-ci ildə elan edilib, layihənin dəyəri 6,7 milyard avro təşkil edib.
Məlumatda, həmçinin bildirilir ki, “Əl-Hərəmeyn” dəmiryolu layihəsində səsboğucu texnologiya tətbiq olunacaq. Bu ən çox yaşayış rayonları ərazisində nəzərə alınacaq.
Beləliklə, zəvvarlar iki müqəddəs şəhər arasında yolu iki dəfə tez və rahat qət edə biləcək.
![]() ![]() Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 İyul, 2017 17:36 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |