|
|
Qüds İslam Dünyasının Gənclik paytaxtı elan edildiDialoq və Əməkdaşlıq uğrunda İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun həyata keçirdiyi “İslam Dünyası Gənclik Paytaxtı” beynəlxalq proqramının seçim komissiyası, 2018-ci il üçün Qüds şəhərini “İslam Dünyasının Gənclik Paytaxtı” seçib. Ahlibeyt.az-ın İslam.az-a istinadən məlumatına görə, Qüds üzrə keçirilən fövqəladə iclasda, komissiya üzvlərinin 2018-ci il üçün bu şəhərin “İslam Dünyası Gənclik Paytaxtı” seçilməsi ilə bağlı yekdilliklə qəbul etdiyi yekun qərarda, son günlərdə Əl-Əqsa məscidində fələstinlilərin hüquqlarının kəskin şəkildə pozulması faktı öz əksini tapmış, o cümlədən, qəbul edilmiş qərarın Fələstin xalqına olan dəstəyin göstəricisi olduğu bildirilmişdir. İƏT Gənclər Forumu və İƏT-in, eləcə də Türkiyə, İran, Malayziya və Mərakeş nümayəndələrinin üzv olduqları seçim komissiyasının qəbul etdiyi sözügedən qərarda Fələstin xalqının bu şəhərdə təməl hüquqlarının qorunması ilə bağlı Şərqi Qüdsün müsəlman identikliyinə yönəlik BMT və İƏT qərarlarına da istinad edilmişdir. Qüdsün 2018-ci ildə “İslam Dünyası Gənclik Paytaxtı” seçilməsi ilə bağlı məlum qərarı şərh edən İƏT Gənclər Forumunun sədri Elşad İskəndərov bildirmişdir ki, sözügedən sənəd Fələstin xalqının Qüdsil-Şərifə və Əl-Aqsaya olan ayrılmaz haqları uğrunda mübarizəsinə İslam dünyasının dəstəyini ehtiva etməklə yanaşı, İƏT üzv-ölkələri və üzv-qurumlara bununla bağlı göndərilən müraciətdə proqramın lazımi qaydada həyata keçirilməsi üçün İƏT Gənclər Forumu ilə əməli əməkdaşlığa çağırış etmişdir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 İyul, 2017 14:05 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |