|
|
Tarix İnstitutuna ərəb dilində on min elektron kitab hədiyyə olunub (Foto)Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda “İslam Həmrəyliyi İli”nə həsr olunmuş tədbirlər planı çərçivəsində ərəb dilində elektron kitabların təqdimatı keçirilib. Ahlibeyt.az-ın Salamnews-a istinad'n xəbərinə görə, tədbirdə Misir Ərəb Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi Tarix İnstitutuna 10 min elektron kitab hədiyyə edib. Bu elektron kitablar arasında müasir ərəb və Misir tarixçilərinin əsərləri, “Müasir islam tarixində Osmanlı dövləti”, “Osmanlı dövləti necə süqut etdi”, “Təbəri tarixindən seçmələr”, “İraq mədəniyyəti”, “Ərəb ədəbiyyatı tarixi” və digər kitablar, bundan əlavə fəlsəfə, uşaq ədəbiyyatı, şeir, hədis və lüğətlər də var. Əhməd Sami Elaydi bildirib ki, kitablar hamısı ərəb dilində olub tarix, ədəbiyyat, iqtisadiyyat, uşaq ədəbiyyatı, müxtəlif elm sahələrinin əhatə edir. Həmçinin onlar arasında Azərbaycan tarixinə aid bir çox kitablar da yer alıb. İclasda institutun direktoru, akademik Yaqub Mahmudov kitab hədiyyəsini yüksək qiymətləndirib: “Tarix İnstitutunun nəşrləri olan “Qarabağ: real tarix, faktlar, sənədlər” və “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabları ərəb dilində də çap olunub. Əhməd bəy Azərbaycan üçün mühüm işlər görən bir insandır. Misirli dostumuzun təşəbbüsü ilə Misir Mədəniyyət Mərkəzində Tarix İnstitutunun əməkdaşları üçün ərəb dili kursları təşkil olunub. Misirdən dəvət olunmuş mütəxəssislər 1 ildir ki, institutun alimlərinə ərəb dilini öyrədirlər”. Yaqub Mahmudov kitab hədiyyəsinə görə Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinə və Əhməd Sami Elaydiyə təşəkkürünü bildirib. ![]() ![]() ![]() ![]() Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 İyul, 2017 17:30 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |