|
Şəki rayonu “Hacı Mir Ələkbərağa” məscidi dini icması maarifləndirici tədbir keçiribİyulun 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Şəki rayonu Aydıbulaq kənd “Hacı Mir Ələkbərağa” məscidi dini icmasının həyata keçirdiyi “İslam dini sülh, həmrəylik və vəhdət dinidir” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib. Ahlibeyt.az-ın dövlət komitəsinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə,tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin Qarayev və Taleh Abdullayev, Şəki şəhər Mərkəzi Cümə məscidinin imamı Əlyəsə Əslanov, Aydıbulaq kənd “Hacı Mir Ələkbərağa” məscidi dini icmasının sədri Nadir Pirimov və ictimaiyyət nümayəndələri iştirak ediblər. DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev çıxışında tədbirin məqsədi və əhəmiyyəti haqqında danışıb. Şəki şəhər Mərkəzi Cümə məscidinin imamı Əlyəsə Əslanov çıxış edərək, gənclərin milli-mənəvi ruhda tərbiyə edilməsi və düzgün maarifləndirilməsinin əhəmiyyətindən, onları radikal təsirlərdən qorumağın yollarından bəhs edib. Daha sonra çıxış edən Aydıbulaq kənd “Hacı Mir Ələkbərağa” məscidi dini icmasının sədri Nadir Pirimov qeyd edib ki, əgər din öz məfkurəsindən, elmi izahından uzaqlaşarsa dini radikalizm, yəni dində ifratçılıq yaranar. Nəticədə isə vətənpərvərllik və milli kimliyimiz unudular. Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 İyul, 2017 11:52 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |