|
MN: Mövqelərimiz qumbaraatanlardan və 60 millimetrlik minaatanlardan atəşə məruz qalıbErmənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan və 60 millimetrlik minaatanlardan da (5 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 141 dəfə pozub. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə Müdafiə Nazirliyi mətbuat xidməti məlumat yayıb. Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 İyul, 2017 11:29 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |