|
|
İki yaşlı Zəhranın xatirəsinə: "Məşədi Dadaş" məscidində qanvermə aksiyası - Fotoİki yaşlı Zəhranınən xatirəsinə - Məşədi Dadaş məscidində qanvermə aksiyası İyulun 7-də cümə namazından sonra Azərbaycan Talassemiya Federasiyasının və Məşədi Dadaş məscidi dini icmasının təşkilatçılığı ilə “Bir damla qan bir həyata bərabərdir” devizi altında qanvermə aksiyası keçirilib. Ahlibeyt.az-ın məlumatına görə,qanvermə aksiyası Prezident İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində təşkil olunub. Məscid icmasından verilən açıqlamaya görə,aksiyaya çərçivəsində 83 nəfərdən qan alınıb. Qanverənlər sırasında ilk olan məscidin axundu, ilahiyyatçı alim Hacı Şahin Həsənli işitirak edib. Bildirək ki, hazırki tədbir "Məşhədi Dadaş" məscidində keçirilən ilk aksiya deyil. Məscid icması ilə talassemiyalı uşaqlara yardım təşkilatlarının qarşılıqlı razılığı ilə "Məşhədi Dadaş" məscidində bir neçə dəfə bu qəbildən aksiya keçirilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 İyul, 2017 13:46 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir. |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |