|
|
İki yaşlı Zəhranın ermənilər tərəfindən öldürülməsi ilə əlaqədar təyin olunmuş yürüş təxirə salınıbİki yaşlı Zəhranın ermənilər tərəfindən öldürülməsi ilə əlaqədar üç səfirliyin qarşısında keçirilməsi nəzərdə tutulan yürüş təxirə salınıb.
Ahlibeyt.az-ın məlumatına görə,bu barədə Apa-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib.
“Xəbər verildiyi kimi, bir sıra gənclər təşkilatı 2 yaşlı Zəhra Quliyevanın ermənilər tərəfindən öldürülməsi ilə bağlı yürüş keçirmək arzusunda olduqlarını bildirmişdi.
Gənclər təşkilatları ilə bu gün keçirilən görüşün nəticəsi olaraq, belə qərara gəlindi ki, mövcud təcrübəyə görə beynəlxalq təşkilatlarla birbaşa görüşlər, bəyanatlar, müraciətlər və ən ümdəsi sosial resurslardan istifadə, ermənilərin Azərbaycana qarşı apardığı vandalizm və terrorizm aktlarını, azərbaycanlılara qarşı törətdikləri təcavüz və qəddar addımların dünya ictimaiyyətinə çatdırılmasında yürüşlə müqayisədə daha effektiv nəticə verir. Bu səbəbdən gənclər təşkilatları bu yürüşün keçirilməsinin təxirə salınmasına qərar verdilər”, - deyə nazirlikdən qeyd olunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 İyul, 2017 21:32 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |