|
DQİDK-də yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilibDini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş 7 dini icmaya şəhadətnamələr təqdim edilib. Ahlibeyt.az-ın DQİDK mətbuat xidmətinə istinadən məlumatına görə, tədbirdə DQİDK sədrinin birinci müavini Səyyad Salahlı, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak ediblər. Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı dinə dövlət qayğısından, dini icmaların fəaliyyəti üçün yaradılan şəraitdən bəhs edib. Dini icmaların Azərbaycan cəmiyyətində özünəməxsus yeri və rolunu xüsusi vurğulayan Səyyad Salahlı bildirib ki, dini maarifləndirmə tədbirlərinin təşkilində, dini radikalizmə qarşı mübarizədə dini icmalar da məsuliyyət daşıyır. Dövlət Komitəsi sədrinin birinci müavini yeni qeydiyyatdan keçmiş dini icmaları dinimizin, milli-mənəvi dəyərlərimizin ictimaiyyətə düzgün çatdırılması işində aktiv olmağa çağırıb. Sonda yeni qeydiyyatdan keçmiş dini icma sədrlərinə şəhadətnamələr təqdim edilib. Qeyd edək ki, dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan sonra 767 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan onların 739-u İslam, 28-i isə qeyri-islam (xristian – 17; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 İyun, 2017 18:26 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |