|
Sabirabad rayon Həşimxanlı məscidi dini icmasında maarifləndirici tədbir keçirilibSabirabad rayon Həşimxanlı kənd məscidi dini icmasında “Multikultural cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması” layihəsi çərçivəsində “Multikultural cəmiyyətdə birgəyaşayışı şərtləndirən əsas amillər” mövzusunda maarifləndirici tədbir keçirilib. Ahlibeyt.az-ın dini komitənin mətbuat xidmətinə istinadən məlumatına görə,tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, şöbənin əməkdaşı Elvin İbrahimov, Sabirabad rayon Həşimxanlı kənd məscidi dini icmasının sədri Mirzəbala Tağıyev, Həşimxanlı kənd bələdiyyəsinin sədri İradhəsən Zərbalıyev, dini icma üzvləri və kənd ağsaqqalları iştirak ediblər. Tədbiri giriş sözü ilə Sabirabad rayon Həşimxanlı kənd məscidi dini icmasının sədri Mirzəbala Tağıyev açaraq xalqımızın multikultural və tolerant dəyərləri haqqında danışıb. Natiq Azərbaycanda adıçəkilən dəyərlərin yüksək səviyyədə təbliğindən bəhs edərək, bu sahədə dövlətin həyata keçirdiyi əhəmiyyətli tədbirlər barədə tədbir iştirakçılarını məlumatlandırıb. DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov çıxışında Azərbaycanın tolerantlıq və multikulturalizm modellərinin dünyaya uğurla təqdim olunduğunu və dini tolerantlığın həyat tərzinə çevrildiyi ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin qarşılıqlı hörmət şəraitində yaşamasının tarixi ənənələrin və məqsədyönlü dövlət siyasətinin göstəricisi olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb. Tədbirdə çıxış edən natiqlər Azərbaycanda mövcud olan multikultural və tolerant dəyərlərin inkişaf etdirilməsindən bəhs ediblər. Bu cür maarifləndirmə tədbirləri vasitəsilə dini radikalizm təsirlərinin aradan qaldırılmasına nail olmağın mümkünlüyünü vurğulayıblar. Tədbirin sonunda şagirdlərə Dövlət Komitəsi tərəfindən çap olunmuş dini ədəbiyyatlar paylanılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 İyun, 2017 12:36 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |