|
|
QMİ sədri: “Bəzi dövlətlər bizim daxili işimizə qarışır, məzhəb, dini ayrı-seçkilik etmək istəyənlər var”“Allah bizə zəfər versin, arzu edirəm ki, torpaqlarımız tezliklə azad olunsun, Qarabağ torpaqlarımızda azan səsi gəlsin”.
Ahlibeyt.az-ın Apa-ya istinadən xəbərinə görə, bunu iyunun 26-da Ramazan bayramı münasibətilə "Əjdərbəy" məscidində qılınan bayram namazında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.
Azərbaycanda birlik, vəhdət olduğunu vurğulayan QMİ sədri "Biz burada məzhəb ayrı-seçkiliyi etmədən bərabər namaz qıldıq, ibadət etdik. Bu, bizim dövlətimizin siyasətdir. Bəzi dövlətlər bizim daxili işimizə qarışır, məzhəb ayrı-seçkiliyi, dini ayrı-seçkilik etmək istəyənlər var. İnşallah, biz onların heç birinə imkan yaratmayacağıq. Çünki bizim dövlətimiz tolerant dövlətdir. Bu dövlətdə dindarlar üçün bütün şərait yaradılıb. Çox sevinirəm ki, sovet dövründə 17 məscidi olan dövlətdə indi iki mindən artıq məscid fəaliyyət göstərir. Ramazan ayında böyük fərəhdir ki, erməni işğalından azad olunan torpaqlarımızda birinci dəfə azan səsi gəldi. Cocuq Mərcanlıda gözəl məscidin tikilməsi bizə ümid verir ki, tezliklə torpaqlarımız azad olunacaq”, deyə bildirib. .
QMİ sədri deyib ki, Azərbaycanda bütün dinlərə münasibət eynidir: “Bu yaxınlarda ayrı-seçkilik olmadan müsəlmanlara, xristianlara, yəhudilərə maliyyə yardımı edildi. Bu, Azərbaycanın dövlət rəhbərinin siyasətidir. Bu siyasət öz bəhrəsini verir”.
Allahşükür Paşazadə Azərbaycan xalqını Ramazan bayramı münasibəti ilə təbrik edib: “Allah bizi daha da birləşdirsin, dövlətimiz, ordumuz daha da güclü olsun”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 İyun, 2017 11:55 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |