|
|
Gəncənin "İmamzadə" ziyarətgahında iftar süfrəsi açılıbGəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə İmamzadə ziyarətgahında iftar süfrəsi açılıb. Ahlibeyt.az-ın Azərtac-a istinadən məlumatına görə, mərasimdə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev, Milli Məclisin deputatları, müxtəlif dini və etnik icmaların təmsilçiləri, şəhid ailələrinin üzvləri, veteranlar, həmçinin məcburi köçkünlər, qocalar, kimsəsizlər və imkansız şəxslər iştirak ediblər. Tədbirdə müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub, şəhidlərimizin ruhuna dualar edilib, qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbriklər səsləndirilib. İftar süfrəsi ətrafında on bir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışılıb, bu ayda görülməsi vacib sayılan xeyirxah əməllərdən, savab işlərdən söz açılıb. Mərasimdə çıxış edən hər kəs növbəti Ramazan bayramının Qarabağ torpaqlarında keçirilməsini arzulayıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 İyun, 2017 16:51 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |