|
|
Balakəndə “Ramazan həmrəylik və birlik ayıdır” mövzusunda tədbir keçirilibİyunun 22-də Balakən Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin(DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə “Ramazan həmrəylik və birlik ayıdır” mövzusunda tədbir keçirilib. Ahlibeyt.az-ın DQİDK mətbuat xidmətinə istinadən məlumatına görə, tədbirdə Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin Qarayev və Sənan Hacıyev, Balakən rayon qazısı Hacı İbrahim İbrahimov, eyni zamanda dini icma sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Balakən rayon qazısı Hacı İbrahim İbrahimov Qafqaz Müsəlmanları İdarəsinin Ramazan bayramı ilə bağlı fətvasını və bayram təbriklərini tədbir iştirakçılarına çatdırıb. O bildirib ki, Balakən rayonunda Ramazan ayı müddətində hər hansı problem yaşanmayıb. Qazı bayram namazı və fitrə sədəqəsi ilə bağlı məsələlərin QMİ-nin fətvasına uyğun icra edilməsinin zəruriliyini vurğulayıb. Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov çıxış edərək tarixboyu xalqlara və millətlərə, onların milli-mənəvi dəyərlərinə hörmətlə yanaşılan Azərbaycanın İslam həmrəyliyinin qorunmasında və inkişafında nümunəvi ölkələrdən biri olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Tədbirdə çıxış edən DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev də öz növbəsində qarşıdan gələn bayram münasibətilə tədbir iştirakçılarını təbrik edib və QMİ tərəfindən verilən təqvimə riayət olunmasının vacibliyindən söhbət açıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 İyun, 2017 11:55 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |