|
|
Prezident “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklikləri təsdiqləyibAzərbaycan prezidenti İlham Əliyev “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklikləri təsdiqləyib. Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, qanuna aşağıdakı dəyişikliklər edilib: 1-ci maddənin dördüncü hissəsi aşağıdakı redaksiyada verilib: “Dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağandır”.
21-ci maddənin üçüncü hissəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilib: “Xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşları Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla islam dininə aid ayin və mərasimlərin aparılmasına buraxıla bilərlər”. 24-cü maddənin ikinci hissəsi isə aşağıdakı redaksiyada verilib: “Vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə göndərilməsi, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dini mərkəz tərəfindən həyata keçirilir”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 İyun, 2017 17:52 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |