|
Hz. Əlinin(ə) şücaət və ədalətindən bəhs edən "Xavərnamə" əsəri nəşr olunubDin tarimiximizdə xüsusi yeri olan dastan - XIII-XIV əsrlərdə yazıya alınması təxmin edilən dini-tarixi qəhrəmanlıq dastanı “Xavərnamə” AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə çapdan çıxıb. Ahlibeyt.az-ın AMEA mətbuat xidmətinə istinadən məlumatına görə,dastanın Bakı əlyazma nüsxəsi ilk dəfə olaraq geniş ictimaiyyətə təqdim olunur. Dastanda yüksək mənəviyyatı, əxlaqı, insanpərvərliyi ilə bütün Şərqdə şöhrət tapmış dörd raşidi xəlifədən biri Hz. Əli ibn Əbu Talibin şücaət və ədalətindən söhbət açılır. Dastan mədəniyyətimizin, ədəbiyyatımızın, din tariximizin, o cümlədən dastanşünazlığımızın öyrənilməsi baxımından əhəmiyyət kəsb edir. Əsəri filologiya üzrə fəlsəfə doktoru(fil.ü.f.d) Aybəniz Rəhimova transfonoliterasiya edib, ona müqəddimə yazıb və nəşrə hazırlayıb. Nəşrin elmi redaktoru fil.ü.f.d. Əli Məmmədbağır oğlu, redaktorları Arif Ramazanov və Kərimulla Məmmədzadədir. Qeyd edək ki, mətnin bir hissəsi mərhum alimimiz, Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru Şamil Cəmşidov tərəfindən transfonoliterasiya edilmişdir. Dastanın Bakı əlyazma nüsxəsi ilk dəfə olaraq geniş ictimaiyyətə təqdim olunur. ![]() Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 İyun, 2017 12:34 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |