|
|
Bakıda Quran sərgisi açılıbQurani-Kərim və İtrət sərgisi "Şəhriyar" adına mədəniyyət evində İran İslam Respublikasının Bakıdakı səfirliyinin mədəniyyət mərkəzinin təşəbbüsü ilə fəaliyyətə başlayıb. Ahlibeyt.az-ın İqna-ya istinadən verdiyi xəbərə görə, İranın ali dini lideri Ayətullah Xameneinin beynəlxalq məsələlər üzrə nümayəndəsi Ayətullah Möhsen Quminin iştiraki ilə keçirilən sərgidə 250 cild Qurani-Kərim nümayişə qoyulmuşdur. Sərgidə Qurani-Kərimin xətti nüsxələri, Quranın başqa dillərə olan tərcüməsi və Qurana aid olan əl işləri, o cümlədən xəttatlıq, təzhib, naxışla yazma və Qurana məxsus olan tablolar nümayişə qoyulan əsərlərdən idi. Bu sərginin açılış mərasimində çıxış edən Ayətullah Mohsen Qomi, Qurani-Kerimi hər gün oxumağa və ona əməl etməyə təkid edib. O qeyd edib ki, biz fəxr edirik ki, Quran İslam Peyğəmbərinin böyük mücizəsi və bəşəri nicat verən bir kitabdır. Daha sonra çıxış edən Vəliyyi Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi Seyid Əli Əkbər Ocaqnejad Həzərt Əlinin (Ə) şəhadəti ilə bağlı başsağlığı verərək, o həzrətin həyatından və nəhcül-bəlağə kitabının əhəmmiyətindən danışıb. Həmçinin bu mərasimdə biri İranlı olmaqla Azərbaycanın müxtəlif bölgələrindən olan qarilərin iştiraki ilə Quranla üns məclisi keçirilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 İyun, 2017 13:09 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |