|
|
“Müasir cəmiyyət və etnomədəni müxtəliflik - Etnoloji oçerklər” monoqrafiyası çapdan çıxıbAMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Etnososioloji tədqiqatlar şöbəsinin müdiri, antropologiya üzrə elmlər doktoru Əliağa Məmmədlinin müəllifi olduğu “Müasir cəmiyyət və etnomədəni müxtəliflik (Etnoloji oçerklər)” monoqrafiyası nəşr edilib. Ahlibeyt.az-ın AMEA mətbuat xidmətinə istinadən məlumatına görə,monoqrafiya müasir etnik və etnomədəni prosesləri şərtləndirən amillərin və onların təsir dərəcəsinin müəyyənləşdirilməsinə həsr olunub. Kitabda, həmçinin bu proseslərin gedişində yaranan yeniliklərin ənənəvi mədəniyyətə təsir formalarının və məzmununun aydınlaşdırılmasına geniş yer verilib. Nəşrdə “Qloballaşma şəraitində Azərbaycanda etnik mədəniyyət”, “Sovet dövründə azərbaycanlıların etnik identikliyinin formalaşmasının xüsusiyyətləri”, “Azərbaycanda müasir etnik siyasətin əsas istiqamətləri”, “Azərbaycanın polietnik bölgələrində aparılan etnososioloji tədqiqatlar”, “Qax rayonunun etnik mənzərəsi” və digər etnoloji oçerklər yer alıb. Monoqrafiya etnoloqlar, etnopsixoloqlar, politoloqlar və eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 İyun, 2017 12:35 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |