|
|
Əflatun Amaşov - Saxta profillər ailələrin dağılmasına səbəb olur"Son zamanlar sosial şəbəkələrdə çoxlu sayda saxta profillər meydana çıxıb. Həmin profillərdə müxtəlif şəxslər böhtan və təhqirlərlə üzləşirlər, mənəvi şantaja və terrora məruz qalırlar. Buna görə cərimə hazırda 1000-1500 manat arasıdır. Müzakirə etdiyim layihədə isə bu rəqəm 1000-2000 manat arası göstərilir. Müqayisəli yanaşsaq, daha bir qeyri-adekvatlıq da bundadır. Çünki son zamanlar sosial şəbəkələr həyatımıza daxil olublar. Onlar virtual yox, artıq real məkandır". Ahlibeyt.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, bunu bu gün Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov parlamentin plenar iclasında Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi barədə qanun layihəsi ilə bağlı çıxışı zamanı bildirib. O deyib ki, bu məkanda baş verən hadisə və proseslərin mənfi təsirləri daha çox aktuallaşmaqdadır. Bu gün saxta profillər ailələrin dağılmasına səbəb olur. Bir növ, cəmiyyətin özəyini parçalayır. "Böhtan və təhqirə görə cərimə həddinin də daha yüksək olmasını təklif edirəm. Əvvəl böhtana görə 100-500 manat arası cərimə nəzərdu tutulurdu, təhqirə görə isə 300-1000 manat. Yeni layihədə bu rəqəmlər 1000-1500 manatdır. Cərimələr daha yüksək olmalıdır. Həm də ona görə ki, hazırda bəzi maraqlı qruplar və dairələr özləri informasiya resursu yaradırlar. Məqsədləri rəqiblərinə qarşı "qara piar" kampaniyası aparmaqdır. Biz araşdırmışıq, məhz onların yaratdıqları saytlarda təhqir və böhtanlar baş alıb gedir. Düşünürəm ki, bu sayaq yarıtmaz hallarla mübarizə aparmaq üçün də cərimələr artırılmalıdır", - deyə deputat bildirib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 May, 2017 17:04 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |