|
|
Bakıda Misir mədəniyyət günü keçiirilibV İslam Həmrəyliyi Oyunları çərçivəsində Milli Turizm Təbliğat Bürosu Sabir bağında oyunlarda iştirak edən bir sıra ölkələrin mədəniyyət günlərini keçirməyə start verib. Mayın 19-da Bakıda, Sabir bağında Milli Turizm Təbliğat Bürosu (MTTB) və Misirin Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Misir mədəniyyəti və turizm günü keçirilib. Tədbir IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar İslam ölkələrinin “Mədəniyyət günləri” çərçivəsində təşkil olunub. Ahlibeyt.az-ın Azərtac-a istinadən məlumatına görə, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi və MTTB-nin mətbuat katibi Kənan Quluzadə çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar. Bildirilib ki, məqsəd qədim sivilizasiyaları paylaşan Azərbaycan və Misirin İslam həmrəyliyini göstərməkdir. Tədbir çərçivəsində Misirin müxtəlif muzey eksponatları, sənətkarların əl işləri, milli mətbəxi təqdim olunub, bu ölkənin mədəniyyətindən bəhs edən viktorinalar keçirilib, hədiyyələr verilib. Mərasim Misir incəsənət ustalarının konserti ilə davam edib. Xatırladaq ki,Mayın 20-21-də Bakıda, Sabir bağında Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm müşavirliyinin təşkilatçılığı ilə qardaş ölkənin mədəniyyət və turizm günləri keçiriləcək. Qeyd edək ki, İslamiada çərçivəsində Sabir bağında İran,İndoneziya,Malaziya daxil olmaqla bir sıra ölkələrin mədəniyyət günləri keçirilib.
![]() Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 May, 2017 17:39 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |