إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Prezident İlham Əliyev Həsən Ruhanini yenidən İran prezidenti seçilməsi münasibətilə təbrik edib

İranın daxili işlər naziri Əbdürrza Rəhmani keçirdiyi mətbuat  konfransında səsvermənin nəticələrinə görə, hazırkı prezident Həsən Ruhaninin səslərin 57 faizini (23 549 616 səs) toplayaraq, İranın 12-ci prezidenti seçildiyini bildirib.

Ahlibeyt.az-ın məlumatlna görə, Prezident İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhaniyə təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunda deyilir: "Hörmətli cənab Ruhani!

İran İslam Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Qazandığınız qələbə xalqın Sizə olan inam və etimadının göstəricisi, dost və qardaş ölkənizin inkişafı və rifahı naminə gördüyünüz işlərə verilən yüksək qiymətdir.

Mən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı münasibətlərə böyük əhəmiyyət verirəm. Strateji əməkdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərimizin mövcud vəziyyəti məmnunluq doğurur. Ölkələrimiz arasındakı siyasi dialoqu, müxtəlif sahələr üzrə qarşılıqlı maraq doğuran əməkdaşlığı, mədəni əlaqələrimizi, İranın Azərbaycan Respublikasının ərazi bütövlüyünə dəstəyini yüksək qiymətləndirirəm.

İkitərəfli əlaqələrimiz xüsusən son illərdə yüksələn xətlə inkişaf etmiş və yeni məzmun kəsb etmişdir. Sizinlə keçirdiyimiz görüşlər, apardığımız danışıqlar, imzaladığımız sənədlər və həyata keçirdiyimiz layihələr münasibətlərimizin inkişafında mühüm rol oynayır.

İnanıram ki, ortaq mənəvi dəyərləri bölüşən qardaş xalqlarımızın mənafeyinə uyğun olaraq Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında əlaqələrin daha da möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost və qardaş İran xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Qeyd edək ki,H. Ruhanin əsas rəqibi İbrahim Rəisi səslərin 38.5 faizini (15 786 449 səs) alıb.Digər namizədlər Mustafa Mirsəlim 478 215, Mustafa Haşimitəba isə 215 450 səs toplayıb.

Xatırladaq ki,İranda əhalinin 56 milyon 410 min nəfərinin səsvermə hüququ olub.Keçirilən prezident seçkilərində ümumilikdə 41 220 131 nəfər səs verib.  Əhalinin aktivliyi 75 faiz təşkil edib.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 May, 2017  16:22 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!