|
Azərbaycanda islam bankçılığının tanıdılması üçün memorandum imzalanıbİslam İnkişaf Bankı (IDB) qrupunun üzvü olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD, Islamic Corporation for Development of the Private Sector) və “Azərbaycan-Ərəb ölkələrinin əməkdaşlığı” İctimai Birliyi arasında anlaşma memorandumu imzalanıb. Ahlibeyt.az-ın “Report”a istinadən verdiyi xəbərə görə, anlaşma memorandumu islam bankçılıq məhsullarının Azərbaycanda tanıdılması və Azərbaycanın bankçılıqla bağlı qanunvericiliyində islam bankçlığının yer alması üçün danışıqları nəzərdə tutur. Bu memorandumun imzalanması ilə hər iki təşkilat səmərəli əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə informasiya və təcrübə mübadiləsini asanlaşdırmaq üçün əməkdaşlıq edəcək. Əməkdaşlığa birgə investisiya forumları, bazar araşdırmaları, peşəkar proqramlar, seminarlar, nəşrlər, təhsil turlarının təşkili də daxildir. "Azərbaycan-Ərəb ölkələrinin əməkdaşlığı” İctimai Birliyinin sədri Elşən Rəhimov bildirib ki, Azərbaycan və ərəb ölkələri arasında son illərdəki yüksək səviyyəli iqtisadi və siyasi əlaqələr, biznes əlaqələrinin genişləndirilməsi, ərəb ölkələrindən Azərbaycana gələnlərin sayının artması əlaqələrin daha da inkişaf etməsi üçün əlverişli şərait yaradır: “Biz İslam İnkişaf Bankını ərəb regionunda strateji tərəfdaş hesab edirik və bu memorandumun imzalanması ilə əlaqələrimizi möhkəmləndirdik. Bu, həmçinin yaxın aylar üçün strategiyamızı müəyyənləşdirməyə kömək edəcək". Onun sözlərinə görə, hər iki qurum bu ilin oktyabr ayında Bakıda ərəb ölkələrindən olan investorlar üçün ilk investisiya forumu keçirməyi planlaşdırır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 May, 2017 15:20 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |