|
|
Orta məktəbdə “Düşüncə tariximizdə elm və dinə münasibət” mövzusunda tədbir keçirilib - FotoMayın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin(DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Sumqayıt şəhər 27 nömrəli tam orta məktəbdə “Düşüncə tariximizdə elm və dinə münasibət” mövzusunda tədbir keçirilib. Ahlibeyt.az-ın DQİDK mətbuat xidmətinə istinadən məlumatına görə,tədbirdə dövlət komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Ülvi Məmmədov, məktəbin direktoru Valid Mustafayev, müəllim və şagirdlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Valid Mustafayev Azərbaycanda İslam dininin yayılması və bu dinin mədəniyyətimizin inkişafındakı rolundan bəhs edib. Bildirib ki, sahib olduğumuz milli və dini dəyərlərimiz bizi daim elmli, təhsilli olmağa təşviq edib. Sonra çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov milli özünüdərkimizin formalaşmasında elmi və dini biliklərin əhəmiyyətindən söhbət açıb. Natiq fərdin və cəmiyyətin inkişafı, yad, zərərli ideologiyalarla mübarizə sahəsində düşüncə tariximizin yüksək səviyyədə öyrənilməsi və təhsilə önəm verilməsinin vacibliyini vurğulayıb. Çıxışlardan sonra DQİDK-nın sifarişi ilə çəkilən “Fitnə” filmi nümayiş etdirilib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 May, 2017 13:15 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |