إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Səudiyyə Ərəbistanı səfiri: “Azərbaycanın müsəlman ölkələri arasında xüsusi yeri var”

İslam dünyasına aid problemlərin həllində Azərbaycanın oynadığı fəal rol, heç şübhəsiz, onun bütün müsəlman ölkələri ilə əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayacaq və regionun sabit, inkişaf edən gözəl ölkəsi kimi nüfuzunu daha da artıracaq.

Ahlibeyt.az-ın məlumatına görə,bunu Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Müsaid bin İbrahim əs-Süleym “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ilə bağlı AZƏRTAC-a verdiyi müsahibəsi zamanı bildirib.

Səfir qeyd edib ki,Biz Səudiyyə Ərəbistanı Krallığı olaraq Azərbaycan Respublikasının müsəlman ölkələri arasında həmrəyliyin gücləndirilməsi üçün göstərdiyi bütün səyləri yüksək dəyərləndiririk: "Prezident İlham Əliyevin İslam Oyunlarının keçirildiyi ili - 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi ili” elan etməsi dövlət başçısının bu məsələyə göstərdiyi diqqəti əks etdirir. İslam Həmrəyliyi Oyunları İslam dininin parlaq simasının izah edilməsi, onun mərhəmət, tolerantlıq və sülh dini olmasının bəyan edilməsi üçün böyük əhəmiyyətə malikdir. Digər tərəfdən, bu Oyunlar müsəlman ölkələri arasında qardaşlıq bağlarının gücləndirilməsində mühüm rol oynayacaq."

O,Azərbaycanın beynəlxaq tədbirlərdəki,roluna toxunaraq bildirib: "Azərbaycan Respublikasının müsəlman ölkələri arasında xüsusi yeri var. Bu, özünü istər İslam Əməkdaşlıq Təşkilatı, istərsə də digər böyük beynəlxalq təşkilatlar çərçivəsində İslam dünyasını düşündürən problemlərin həllində göstərdiyi fəal rolda öz əksini tapıb. Azərbaycan əvvəllər İslam Əməkdaşlıq Təşkilatının bir neçə nazirlər toplantısına ev sahibliyi edib, İslam dünyasının problemlərinə həsr olunan beynəlxalq konfranslar keçirib. İslam dünyasına aid problemlərin həllində Azərbaycanın oynadığı fəal rol, heç şübhəsiz, onun bütün müsəlman ölkələri ilə əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayacaq və regionun sabit, inkişaf edən gözəl ölkəsi kimi nüfuzunu daha da artıracaq."

İbrahim əs-Süleym son vaxtlar ərəb ölkələrindən Azərbaycana cəlb olunan turist axını ilə bağlı sualı cavablanırarkən vurğulayıb ki,Azərbaycanın həyata keçirdiyi mühüm tədbirlər, o cümlədən ərəb ölkələrindən turist axınının təmin edilməsi üçün yaxşı imkanların yaradılması, xüsusilə viza rejiminin sadələşdirilməsi nəticəsində Azərbaycana gələn səudiyyəli turistlərin sayında da nəzərəçarpacaq artım baş verib:

" Belə ki, ilin əvvəlindən indiyədək Azərbaycana 8 min səudiyyəli turist gəlib. “Səudiyyə Ərəbistanı Krallığının Hökuməti ilə Azərbaycan Respublikasının Hökuməti arasında hava əlaqəsi haqqında” 2015-ci il iyulun 8-də Ər-Riyad şəhərində imzalanmış Sazişə uyğun olaraq, bu ilin sentyabr ayında ölkələrimiz arasında birbaşa hava reysləri həyata keçirilməyə başlayandan sonra turistlərin illik sayının 20 minə çatacağını güman edirik."


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 May, 2017  14:27 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!