|
Bakıda İslamiadada iştirak edən bir sıra ölkələrin mədəniyyət günlərinə start verilibIV İslam Həmrəyliyi Oyunları çərçivəsində Milli Turizm Təbliğat Bürosu Sabir bağında oyunlarda iştirak edən bir sıra ölkələrin mədəniyyət günlərini keçirməyə start verib.
Ahlibeyt.az-ın Azertac-a istinadən məlumatına görə, ilk tədbir mayın 13-də İran İslam Respublikasına həsr edilib.
Tədbirdə çıxış edən Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev IV İslam Həmrəyliyi Oyunları günlərində rəhbərlik etdiyi qurum tərəfindən reallaşdırılacaq layihələrdən söz açaraq bildirib ki, səhər saatlarından başlayaraq şəhərimizin sakinləri və qonaqları İran mədəniyyəti günü çərçivəsində bu ölkənin muzey eksponatları, sənətkarlarının əl işləri, milli mətbəxi ilə tanış olublar.
Azərbaycan ilə İran arasında mədəni-mənəvi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan Fuad Nağıyev deyib ki, belə tədbirlər bu əlaqələrin daha da möhkəmlənməsinə təkan verəcək. İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, mədəniyyət günü çərçivəsində yaranmış fürsətdən istifadə edərək, İranın mədəni və turizm imkanları, eləcə də görməli məkanları nümayiş etdirilir. Sonra İran ifaçıları geniş konsert proqramı ilə çıxış ediblər.
İkinci tədbir mayın 14-də İndoneziya və Malayziya ölkələrinə həsr edilib.
Belə ki, səhər saatlarından başlayaraq paytaxt sakinləri və şəhərimizin qonaqları hər iki ölkənin mədəniyyət günü çərçivəsində İndoneziya və Malayziyanın muzey eksponatları, sənətkarlarının əl işləri, milli mətbəxi ilə tanış olmaq imkanı əldə ediblər. Həmçinin tədbir çərçivəsində iki ölkənin sənətkarlarının iştirakı ilə konsert proqramının təşkili də nəzərdə tutulur.
Qeyd edək ki, İslamiada çərçivəsində Sabir bağında Misir, Türkiyə və digər İslam ölkələrinin də mədəniyyət günləri keçiriləcək. Hər gün tanınmış azərbaycanlı ifaçıların iştirakı ilə konsert proqramı təqdim olunacaq.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 May, 2017 15:07 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |