|
İƏT ölkələri “Gənclər Zirvəsi” Bakı Bəyannaməsini qəbul etdi - Foto“Beynəlxalq İƏT Modeli” başa çatdı, qaliblər elan olundu Bakıda İslam Əməkdaşlıq Təşkilatının müvafiq qərarı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirlyi və Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun təşkilatçılığı ilə 35 ölkəni təmsil edən gənclərin iştirakı ilə “Fəaliyyətdə həmrəylik” şüarı altında 2 gündür ki, davam edən və dünən öz işini başa çatdıran “İƏT Modeli Gənc Liderlər Zirvəsi”nin təntənəli bağlanış və mükafatlandırma mərasimi keçirildi. İslam ölkələrinin iqtisadi inteqrasiyası, islamofobiya və radikalizmə qarşı yaradıcı üsullarla mübarizə, münaqişə zonalarında insan haqları müdafiəsi və s. mövzuları əhatə edən Gənclik Zirvəsində İƏT-in 35 üzv-ölkəsinin 70-ə yaxın universitetindən seşilmiş 100-ə yaxın gənc lider, beynəlxalq təşkilat rəhbərləri, İƏT üzv ölkələrdən gəlmiş nüfuzlu elm xadimləri, BMT və İƏT yüksək nümayəndələri, dövlət nümayəndələri iştirak etmişdir. Tədbirin son günü müzakirələrinin nəticəsi olaraq yekun qətnamələr qəbul edilmiş, iştirakçılara və simulyasiya sessiyalarının qaliblərinə müvafiq sertifikatlar və qiymətli hədiyyələr təqdim edilmiş, Beynəlxalq İƏT Modelin təqdimatı keçirilmiş, İƏT Modeli Gənc Liderlər Zirvəsinin qəbul etdiyi Bakı Bəyannaməsi elan olunmuşdur. Gənclər Zirvəsinin sessiyalarında iştirakçılar Xocalı faciəsinə qlobal miqyasda hüquqi-siyasi qiymət verilməsi, Rohinya münaqişəsi qurbanlarının insani haqlarının qorunması, İslamofobiyaya qarşı mübarizə məsələləri ilə bağlı müvafiq qətnamələr qəbul etmişlər. Xocalıya həsr olunmuş sessiyada beynəlxalq iştirakçılar tərəfindən, İƏT Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyeva tərəfindən təşəbbüsü irəli sürülən “Xocalıya Ədalət” kampaniyası, humanitar problemlərin sivilizasiyalar arası dialoq aspektindən tanıtdırılması istiqamətində nümunəvi təşəbbüs kimi qiymətləndirildi. Sammitin beynəlxalq jürisinin qərarına əsasən İndoneziyanı (1-ci yer), Fələstini (2-ci yer) və Kamerunu (3-cü yer) təmsil edən komandalar Beynəlxalq İƏT Modelin qalibləri elan olundu, Azərbaycanı təmsil edən komanda isə xüsusi mükafatla təltif edildi. “İƏT Modeli” Gənc Liderlər Zirvəsinin təntənəli bağlanış mərasimində İƏT Baş Katibi Y. əl-Useyminin müraciəti oxundu, xüsusi tapşırıqlar üzrə səfir Pərviz Şahbazov, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun direktoru Fərhad Hacıyev, İƏT Gənclər Forumunun sədri, səfir Elşad İskəndərov çıxış edərək, İslam ölkələri həmrəyliyi və ənəkdaşlığının onların inkişafı üçün zəmin olduğunu, bu baxımdan gənclərin intellektual inkişafı və gələcək əməkdaşlığına yönələn belə tədbirlərin xüsusi əhəmiyyətini qeyd etdilər. Tədbirin sonunda Gənclər Zirvəsi tərəfindən qəbul olunmuş Bakı Bəyannaməsində İƏT arealı ölkələrinin gələcək inkişafı, gedən münaqişələrin həlli, müasir çağırışlara müsəlman ölkələrinin verəcəyi cavablar, radikalizm və ekstremizmin aradan qaldırılması yollarının gəncliyin gələcəyə hesablanan əməkdaşlıq yolları göstərilmiş, bu kontekstdə İslam ölkələrinin həmrəyliyinə inam qeyd olunmuşdur. Bəyannamədə eyni zamanda Bakıda keçirilən İslam Həmrəyliyi Oyunları və bu oyunlar ərəfəsində gənclik proqramı olaraq İƏT ölkələri Gənclik Zirvəsinin keçirilməsi, Azərbaycan dövləti və rəhbərliyi tərəfindən İslam ölkələrinin həqiqi həmrəyliyinə nail olmaq istiqamətində mühüm addım kimi qiymətləndirildi. Mənbə:İslam.az Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 May, 2017 12:33 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |