|
Hafiz Şirazinin qəzəlləri Azərbaycan dilində çapdan çıxıbBakı Slavyan Universiteti (BSU) tərəfindən şərqin görkəmli söz ustadı Hafiz Şirazinin qəzəlləri Azərbaycan dilində çap olunub. Ahlibeyt.az-ın AMEA mətbuat xidmətinə istinadən məlumatına görə,kitabın elmi redaktoru professor Rafiq Novruzov, rəyçisi BSU-nun rektoru, professor Nurlana Əliyeva, çapa hazırlayan isə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İbrahim Quliyevdir. Türkçülüyə xüsusi məhəbbəti ilə seçilən ölməz sənətkarın qəzəlləri ilk dəfə küll halında Azərbaycan oxucusuna təqdim olunur. Həmçinin hər bir qəzəlin sonunda farsca-ərəbcə sözlərin lüğəti verilib və geniş şərh yazılıb. Kitab Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 10 yanvar 2017-ci il tarixli Sərancamı ilə elan olunmuş "İslam Həmrəyliyi İli"nə töhfə olaraq nəşr edilib.
![]() Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 May, 2017 17:44 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |