|
İslamiadada 3 ölkə iştirak etməyəcək - 46 ölkənin nümayəndələri artıq Azərbaycana gəlib - FotoBu gün “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə həsr olunmuş mətbuat konfransı keçirilib. Ahlibeyt.az-ın məlumatına görə, tədbirdə gənclər və idman naziri, İslamiadanın Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov, İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) baş katibi Feysəl Əbdüləziz əl-Nəssar, İslamiadanın Əməliyyat Komitəsinin idman şöbəsinin direktoru Mark Honeybun, Milli Olimpiya Komitəsinin və İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə, İslamiadanın Əməliyyat Komitəsinin katibi Könül Nurullayeva iştirak ediblər. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları idman tarixində silinməz iz qoyacaq.- bunu Azərbaycan gənclər və idman naziri Azad Rəhimov deyib. Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsindən qürur hissi keçirdiyini bildirən Azad Rəhimov növbəti 11 gün ərzində 50-dən çox ölkənin idmançılarının Azərbaycana gələrək yarışlarda medallar uğrunda mübarizə aparacaqlarını diqqətə çatdıraraq deyib: “Dünyanın dörd qitəsindən gələn idmançılar mübarizliyi, əzmkarlığı, böyük sevinci nümayiş etdirəcəklər. Əfsuslar olsun ki, bəzi ölkələr – Sudan, Liviya və Küveyt Oyunlarda iştirak etməyəcək” O bildirib ki, bu oyunların məhz Bakıda keçirilməsindən qürur duyuruq: "İslam Həmrəyliyi Oyunları tək idman yarışı deyil, sülhün bərqərar olduğu ölkələrin bir araya gəlməsi, bir dildə danışmasıdır. Təəssüf ki, Sudan, Liviya və Küveyt bu oyunlarda iştirak etməyəcək. Buna təəssüflənsək də, 54 ölkədən 3 mindən çox idmançının iştirak etməsi bizi sevindirir. İslam Həmrəylik Oyunları sülhün, mədəniyyətin və birliyin nümayişi olacaq". O, açılış mərasimi ilə bağlı məşqlərdən razı qaldıqlarını da bildirib. İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) baş katibi Faysal Abdulaziz Əl-Nassar çıxış edərək ev sahibi Azərbaycanın Oyunların təşkilinə, eləcə də açılış mərasiminə mükəmməl hazırlaşdığını deyib. Yarışların keçiriləcəyi idman arenalarında yüksək şəraitin yaradıldığını vurğulayan Faysal Abdulaziz Əl-Nassar Oyunların xalqlar arasında həmrəylik əlaqələrini, dostluq münasibətlərini tərənnüm etdiyini bildirib Mətbuat konfransında çıxış edən IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin üzvü Könül Nurullayeva bildirib ki, iştirak edəcək 46 ölkənin nümayəndələri artıq Azərbaycana gəlib. Onlar atletlər kəndində yerləşdiriliblər. "Bu gün daha 8 ölkənin idmançılarının gəlişi gözlənilir",- deyə K.Nurullayeva diqqətə çatdırıb. Xatırladaq ki, İslamiadanın açılış mərasimi mayın 12-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 May, 2017 17:15 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |