|
Paytaxtda yeni Kitab Təbliğatı Mərkəzinin açılışı olubPaytaxtda Bakıda “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin açılışı olub. Açılışda Milli Məclisin deputatları, elm, ədəbiyyat, mədəniyyət xadimləri, yazıçılar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ahlibeyt.az-ın Salamnews-a istinad'n verdiyi xəbərə görə, tədbirdə Mərkəzin rəhbəri Sabir Həsənov bildirib ki, bu layihənin reallaşdırılmasında məqsəd kitabla əvvələr olduğu kimi ünsiyyəti möhkmləndirməkdir. “Bu mərkəz vaxtilə fəaliyyət göstərən “Azərkitab”ın mənəvi varisidir və bu gündən sözügedən mərkəzin qapıları hər kəsin üzünə açıqdır. Sovet dönəmində “Azərkitab” adlı bir qurum fəaliyyət göstərirdi. Sovetlər birliyinin dağılması ilə “Azərkitab”ın fəaliyyətinə son qoyuldu. O gündən belə bir mərkəzin açılışını etmək ürəyimdə arzu olaraq yaşayırdı. Nəhayət ki, bunu həyata keçirmək mənə nəsib oldu”, - deyə S.Həsənov diqqətə çatdırıb. Tədbirdə akademik İsa Həbibbəyli, Mətbuat Şurasının rəhbəri, Milli Məclisin deputatı Əflatun Amaşov, Xalq Yazıçısı Çingiz Abdullayev, Milli Məclisin deputatı Hüseynbala Mirələmov, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə, KTM-nin icraçı direktoru Misirxan Həsənov və başqaları bildiriblər ki, yeni mərkəz mədəni, eyni zamanda, elmi və ictimai siyasi hadisədir. Sonra mərkəzlə yaxından tanışlıq olub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 May, 2017 15:10 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |