|
“Gənc Liderlər Zirvəsi”ndən Prezidentin təşəbbüsünə dəstəkBu gün Bakıda “Beynəlxalq İƏT Modeli” Gənc Liderlər Zirvəsi öz işinə basladı. İslam Əməkdaşlıq Təşkilatı tərəfindən “İslam Həmrəylik Oyunları” ərəfəsində İƏT ölkələri gənclərinin həmrəyliyini inkişaf etdirəcək xüsusi gənclik proqramının keçirilməsi haqda qəbul edilmiş qərara əsasən, bu gün Azərbaycan Respublikası Gənclər və İdman Nazirlyi və Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (İƏT Gənclər Forumu) təşkilatçılığı ilə “Beynəlxalq İƏT Modeli Gənc Liderlər Zirvəsi” öz işinə başlamışdır. İƏT-in 35 üzv-ölkəsini təmsil edən 100-ə yaxın gənc lider və gələcək diplomatın iştirak etdiyi Zirvə toplantısı 2 gün davam edəcək. Quran ayələrinin oxunuşu ilə başlayan tədbirin açılış mərasimində Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimov, İƏT Gənclər Forumunun sədri, səfir Elşad İskəndərov, BMT-nin Mədəniyyətlərarası dialoq üzrə Ali Nümayəndəsi Naser Əbdüləziz əl-Naser, Türkiyə Nazirlər Kabineti İctimai Diplomatiya Baş Koordinatoru Ali Osman Öztürk, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, İslam Həmrəylik Oyunları Federasiyasinin Baş Katibi Feysal Əl-Nasir, İƏT İqtisadi, Sosial Araşdırmalar Mərkəzinin Baş direktoru Musa Kulaklıkaya, Boğaziçi Universitetinin rektoru professor Mehmet Özkan çıxış etmiş, İƏT Baş Katibi Yusif əl-Üseyminin tədbir iştirakçılarına ünvanlanmış müraciəti oxunmuşdur. Son illər ərzində İƏT Gənclər Forumu ilə birgə kecirilən milli “İƏT Modeli” proqramından 1000-ə yaxın gəncin məzun oldugu, 2018-ci ildə Azərbaycanın İƏT Gənclər və İdman Nazirləri Konfransına ev sahibliyi edəcəyi və bu istiqamətdə İƏT Gənclər Forumu ilə səmərəli əməkdaşlıq haqda öz nitqində məlumat verən nazir Azad Rəhimov bu sahədə görülən işlərin Azərbaycan Respublikası Prezidentinin milli və beynəlxalq səviyyələrdə gəncliyin intellektual inkişafına yönəlik əməkdaşlığa verdiyi mühüm əhəmiyyətin bariz nümunəsi olduğunu geyd etmişdir. İslam Həmrəylik Oyunlarının yuksək səviyyədə təşkil edilməsi münasibətilə Azərbaycanın Birinci Vitse-Prezidenti, 4-cü İslam Həmrəylik Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya təşəkkürünü ifadə edən İƏT Baş Katibi Y.Əl-Useyminin müraciətində “İƏT Model Gənclər Zirvəsi”nin məhz İslam Həmrəyliyi Oyunları ərəfəsində keçirilməsinin gəncliyin həm fiziki, həm də intellektual inkişafına verilən önəm kimi əhəmiyyəti qeyd edildi. AR Prezidentinin təşəbbüsü ilə yaradılmış İƏT Gənclər Forumuna ötən il İƏT Gənclər və İdman Nazirləri konfransının gərarı ilə İƏT-nin hökümətlərarası gənclik siyasəti üzrə Katibliyi funksiyasının verilməsi qeyd olunan müraciətdə, bunun İslam ölkələri arasında gənclik sahəsəində daha effektiv əməkdaşlıgın həyata keçirilməsi, gənc nəslin sağlam və dünyagörüşlü inkişafında mühüm rol oynayacağına əminlik ifadə olundu. Öz çıxışında dünyanın 70-dən artıq universitetində keçirilən İƏT Modeli oyunlarında on minlərlə gənc lider və gələcək diplomatların iştirak etdiyini geyd edən İƏT Gənclər Forumunun sədri Elşad İskəndərov “İƏT Model”in bir müasir intellektual hərəkata çevrildiyini qeyd etdi. Onun bildirdiyinə görə, Bakı Zirvəsi ərəfəsində bu hərəkatın nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyev cənablarının 2017-ci ilin İslam Həmrəylik İli elan edilməsi haqda təşəbbüsünə beynəlxalq ictimai dəstək olaraq, 2017-ci ildən etibarən İslam Dünyası Gənclik Gününün təsis edilməsi haqda təkliflə çıxış etmişlər. İƏT Gənclər Forumu İdarə Heyəti tərəfindən bu təklifin qəbul edildiyini qeyd edən E.İskəndərov, ilk İƏT Gənclik Gününun məhz “Fəaliyyətdə İslam Həmrəyliyi” şüarı altında bu ilin sentyabr ayının 3-də kecilrilməsi haqqında müvafiq qərar layihəsinin, 12 may tarixində Bakıda keciriləcək İƏT Gənclər Nazirləri Daimi Şurasının gündəliyinə daxil edildiyini bildirdi. BMT-nin Mədəniyyətlərarası dialoq üzrə Ali Nümayəndəsi Naser Əbdüləziz əl-Naser öz çıxışında Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın gəncliyin inkişafı üçün vizyonunun və həyata keçirdiyi işlərin beynəlxalq əhəmiyyətini vurğuladı. Səslənən digər çıxışlarda Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarına İƏT coğrafiyası gənclərinin həmrəyliyi və intellektual inkişafı ücün mühüm əhəmiyyət kəsb edən Zirvəyə ev sahibliyi etdiyi ucun dərin təşəkkür ifadə edilmişdir. Həmçinin qeyd edilmişdir ki, 4-cü İslam Həmrəyliyi Oyunlarının rəsmi gənclik tədbiri olaraq İslam ölkələri Gənclik Zirvəsinin keçirilməsi, Azərbaycanda elan olunmuş İslam Həmrəyliyi İli çərçivəsində keçirilən tədbirlər, Azərbaycan dövlətinin ümumi müsəlman həmrəyliyinin artırılması, gənclərin radikallaşmasının qarşısının alınması, dünyada artmaqda olan islamofobiya kimi neqativ tendesiyalarla mubarizə istiqamətlərində atdığı mühüm addımlardandır. 2 gün davam edəcək “Fəaliyyətdə Həmrəylik” şüarı altında keçirilən Gənclər Zirvəsində müzakirə üçün gündəmdə duran əsas məsələlərə İslam ölkələrinin iqtisadi inteqrasiyası, islamofobiya və radikalizmə qarşı yaradıcı üsullarla mübarizə, münaqişə zonalarında insan haqları müdafiəsi, o cümlədən Xocalı soyqırımına beynəlxalq səviyyədə siyasi-huquqi qiymətin verilməsi istiqamətində gənclik fəalliyyətlərinin rolu, müsəlman ölkələrinin müasir çağırışlara cavab verəcək inkişafı yollarının araşdırılması və s. mövzularla bağlı akademik təlimlər və çoxtərəfli diplomatiya çərçivəsində qərar qəbul etmə mexanizmlərinin işlənməsi daxildir. İƏT-ə üzv 35 ölkənin 70-ə yaxın universitetindən İƏT Model klublarının keçirdiyi müsabiqələrin qalibi olaraq seçilmiş 100-ə yaxın gələcək diplomatın, beynəlxalq təşkilat rəhbərlərinin, İƏT üzv ölkələrdən gəlmiş nüfuzlu elm xadimləri, BMT və İƏT-in yüksk səviyyəli nümayəndələrinin, Azərbaycan və Türkiyənin dövlət təmsilçiləri və aparıcı universitetlərinin professorlarının iştirak etdiyi Zirvənin sabah keciriləcək yekun iclasında qalib heyətlərin mükafatlandırılması, yekun qəbul edilmiş qərarların və Bakı Bəyannaməsinin qəbul edilməsi nəzərdə tutulur. Mənbə İslam.az
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 May, 2017 19:25 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |