إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Türkiyə halal turizm sahəsini genişləndirir

Türkiyə müsəlmanlar üçün halal turizm sahələrini ölkənin bütün regionlarında, xüsusilə də dəniz kənarı ərazilərdə genişləndirir.

Ahlibeyt.az-ın İqna-ya istinadən verdiyi xəbərə görə, Türkiyə müsəlmanlar üçün halal turizm sahələrini ölkənin bütün regionlarında, xüsusilə də dəniz kənarı ərazilərdə genişləndirir.

Bu barədə İngiltərənin "times" qəzeti məlumat yayıb. Məlumatda deyilir ki, Türkiyə Turizm Nazirliyi parklar, bağlar, yaşıl örtüklü istirahət güşələri, əyləncə şəhərcikləri, xanımlar üçün saunalar və dəniz kənarı çimərliklər, turistlərin çoxluq təşkil etdiyi yerlədə məscidlər və s... halal və İslami xidmət servisləri tədarük görərək bu il yayında müsəlman turistləri qarşılamağa hazırlaşır.

İngiltərənin "times" qəzeti xəbərin davamında deyir: Hazırda avropalıların təşkil etdiyi turizm turları halal turizmə maraqlıdırlar və müsəlmanlar üçün xüsusi olaraq tam şəraitdə və əla keyfiyyətdə halal turizm turları təşkil edirlər. Bu turlarda haram qidalar, alkoqollu içkilər verilmir, namazxanalar təşkil edilir və namaz vaxtlarında azan səsləri eşidilir.

Qəzet vurğulayır: Halal turizm turlarında dəniz kənarı çimərliklərdə xanımların çimərlikləri kişilərin çimərliklərindən pərdələr vasitəsi ilə ayrılır, fotoaparat və telefonlarla şəkil çəkmək qadağan edilir, xanımların çimərliklərinə 7 yaşından yuxarı oğlan uşaqları buraxılmır. Bu da müsəlman xanımlara çimərliklərdə azad hərəkət və istirahətə imkan yaradır.


 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 May, 2017  16:11 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!