إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Gürcüstanda İmam Mehdinin(ə.c) mövludu münasibəti ilə bayram tədbiri keçirilib - Foto

Gürcüstanın Rustavi şəhərində Həzrət Məhdinin (ə) bu həftəyə təsadüf edən mübarək doğum günü münasibəti ilə bayram tədbiri keçirilib.

Ahlibeyt.az-a GMİ-dən verilən məlumata görə,müsəlmanların 12-ci imamı Həzrət İmam Zamanın(ə.f) bu həftəyə təsadüf edən mübarək doğum günü münasibəti ilə bayram tədbiri keçirilib.

Ətraf bölgələrin din, elm və ictimaiyyət xadimlərinin qatıldığı tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi, müftisi və İran və Azərbaycandan dəvət olunan alim, şair və məddahlar iştirak etdi.

Quran qarisi  Vidadi Qurbanovun aparıcılığı və Quran tilavəti ilə başlayan mərasimdə öncə Gürcüstan Müsəlmanları İdarəsinin(GMİ) şeyxi Hacı Ramin İgidov, müfti Hacı Yasin Əliyev iştirakçıları və ölkə müsəlmanlarını təbrik edib, Məhdəviyyət  ideyasının İslam məzhəblərində qeyd qeyd olunduğunu vurğuladılar. Çıxışlarda xilaskarın məhz Peyğəmbər(s)  Əhli-beytndən olması və hal-hazırkı dövrdə O Həzrətin intizarında olan müsəlmanların vəzifələrinə toxunulub.

Sonra Əhlibeyt şairləri Hacı Elşən Xəzər və  şair Ustad Qəffari Hz. Mehdi (ə) haqqında yazdıqları yeni şeirləri oxudular.

Tədbirin əsas xətibi olan Ayətullah Seyyid Əli Xameneinin nümayəndəsi, tanınmış din alimi Seyid Əliəkbər Ocaq Nejad çıxışı zamanı Hz. Mehdinin (ə) haqqında bir neçə Quran ayələrini izah edib, qeyb dövründə yolunu gözləyən möminlərin məsuliyyət və xüsusiyyətlərindən geniş söhbət etdi.

Mərasimə qonaq olan İranın Hz. Mehdi (ə) adına Araşdırma Mərkəzinin sədri Pur Seyyid Ağayi öz təbrik və ürək sözlərini iştirakçılara çatdırdı.

Tədbirin sonunda Əhlibeyt məddahı Fərşad Xəndani Hz. Mehdinin şəninə mədhiyyə və qəsidələr oxudu və Səid Həsənin ifasında dini ilahilər  səsləndirildi. Nəhayət mərasim  İmam Zaman (ə) duası ilə sona çatdı. İştirakçılar sadə bayram süfrəsi ətrafında təəssuratlarını bölüşdülər.

Qeyd edək ki, bu həftə boyunca, ölkəmizin bir çox bölgələrində digər məsumların viladət günləri kimi Həzrət İmam Zamanın (ə) da mövludu böyük sevinc və şadlıqla qeyd olunur.















Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 May, 2017  18:09 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!