إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bu gün Hz.Əli Əkbərin(ə) mövlud günüdür

Bu gün Qəməri təqvimi ilə Şaban ayının 11-i müsəlmanların üçüncü imamı – imam Hüseynin (ə) böyük oğlu Hz. Əli Əkbər(ə)ın mübarək mövlud günüdür.

Şeyx Cəfər Şüştəri,"Xəsaisül-Hüseyniyyə" kitabında yazır:

İmam Hüseyn (ə), Əli Əkbəri (ə) meydana göndərəndə qoşuna belə xitab edib buyurdu: "Camaat! Şahid olun ki, yaradılışda, xasiyyətdə və məntiqdə Rəsulullaha (s) ən çox bənzəyən bir oğlanı meydana göndərirəm! Bilin ki, hər zaman ürəyimiz Peyğəmbər (s) üçün darıxsaydı, onun üzünə baxardıq!"

Rəvayətlərə görə, Əli Əkbər (ə) istər zahirən, istərsə də davranışları və əxlaqı ilə Peyğəmbərə (ə) çox bənzəyirmiş. Deyilənlərə əsasən, bu oxşarlıq o həddə çatmışdı ki, imam Hüseynin (ə) övladı Kərbəlada meydana gedəndə düşmən qoşunu sıralarında təşviş yaranıb: onlar elə hesab ediblər ki, Peyğəmbər (s) özü meydana gəlir.

Kərbəlada İmam Hüseynin (ə) qardaşı Həzrət Abbas (ə) və oğlu Əli Əkbər (ə) qadınlar və uşaqların mühafizəsinə rəhbərlik edir, lazım gələndə suyun qarşısının düşmən tərəfindən kəsilməsinə baxmayaraq, böyük şücaət nümayiş etdirərək, mühasirədə olanlara su gətirirdilər.

Tarixçilər hicrətin 61-ci ili Məhərrəm ayının 10-da Kərbəlada şəhid olan Peyğəmbər (ə) övladının 19, 20, 32 və hətta 38 yaşında olduğunu qeyd edirlər. Əli Əkbər (ə) İmam Hüseynin (ə) böyük oğlu olduğu üçün ona Əli Əkbər, yəni böyük Əli deyilir.

Qeyd olunur ki, Əli Əkbər  o xoş görünüşlü, gözəl, xoş danışığa sahib bir gənc idi. Yaradılış, xasiyyət və görünüş baxımından insanlar içində əziz Peyğəmbərə (s) ən çox bənzəyən şəxs idi. Şücaət və cəngavərliyi, babası Əli  ibn Əbu Talibdən irs aparmışdı. Bütün kamallar onun vücudunda toplanmışdı.

Bir gün Müaviyə, özününü xəlifəliyi dövründə öz ətrafdakılarından soruşdu: “ Kim xəlifəliyə layiqdir?"Hamı yaltaqcasına dedi:  “Səndən başqa bir kəsi layiq görmürük”. Müaviyə dedi: “ Yox, belə deyil. Xəlifəliyə Əli ibn Hüseyn (ə) daha layiqdir. Çünki babası Rəsulullaha (s) çox bənzəyir. Onda  şücaət, səxavət, gözəlliyin hamısı var. (Müntəhayül-əmal, 5-ci bab, səh. 346)

Müaviyənin bu sözündən belə məlum olur ki,Əli Əkbər böyük dünyagörüşə və üstün əxlaqi keyfiyyətlərə sahib idi.

Əli Əkbərin (ə) - təqva ülgüsünün ruhi əzəmətinin, məqam, elmi, fəsahət, kəmal və cəmalının nə həddə olduğunu anlamaq üçün onun aşura günü meydana gedən zaman uca atasının (ə) bu cümləsinə diqqət etmək kifayət edər:

“Ey Allah, şahid ol ki, camaat arasında camal, kamal, xilqətdə, xasiyyətdə peyğəmbərə (s) ən çox bənzəyən bir şəxsi kafirlərlə döyüşmək üçün göndərirəm. Biz hər zaman peyğəmbəri görmək istəsəydik, onun üzünə baxardıq.” (Müstədərəkül-səfinətül-bihar, c. 5, s. 346 – Biharül-ənvar: c. 45, səh. 42)

Həzrət Əli Əkbər (ə) aşura günü, İmam Hüseynin (ə) əshabından sonra peyğımbər ailəsindən olan ilk şəxs idi ki, atasının hüzuruna gəlib meydana getmək üçün icazə aldı və şəhadətə çatdı.

İmam Hüseyn (ə), onun qana qərq olmuş bədənini qucağına götürüb belə byurdu: “ Səndən sonra kül dünyanın başına kül olsun! Səni öldürənləri Allah öldürsün!

 

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Mart, 2021  11:10 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!