|
|
QMİ sədri: Sovet dövründə Əfqanıstanda, Fələstində və digər başqa yerlərdə yaşanan hadisələr özbaşına baş vermirdiAzərbaycan bu gün uğurlu ideyalarını dünyaya təqdim etmək qüdrəti olan dövlətə çevrilib. Ahlibeyt.az-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Heydər Əliyev şəxsiyyəti və Azərbaycanda dinlərarası harmoniya” mövzusunda keçirilən panel sessiyada çıxışı zaman deyib. A.Paşazadənin sözlərinə görə, Azərbaycan öz nümunəsində bütün dünyaya nümayiş etdirir ki, dini-mədəni müxtəlifliyin harmoniyasına istinad edən cəmiyyət yaratmaq mümkündür. O bildirib ki, Azərbaycan müxtəlif sivilizasiyalar arasında tarixən oynadığı mənəvi körpü rolunu bu gün də layiqli şəkildə davam etdirir. A.Paşazadə vurğulayıb ki, dini və milli zəmində ekstremizm, ksenofobiya, islamofobiya, radikalizm, terrorizm təzahürlərinin tüğyan etdiyi, miqrant böhranı yaşandığı bir dövrdə Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın ənənəvi milli, tarixi irsinə söykənərək, qlobal miqyasda ümumbəşəri ideyaların carçısı kimi çıxış edir: “Bizim xalqımız, dövlətimiz bu uğurlara ulu öndər Heydər Əliyevin xilaskar azərbaycançılıq məfkurəsinin təməli üzərində nail olur. Heydər Əliyev ümummilli lider missiyasında ölkəmizi etnik separatçılıq, dini zəmində parçalamaq, mənəvi cəhətdən zəiflətmək, məzhəb ayrı-seçkiliyi salmaq istəyənlərin niyyətlərini puç edərək, dövlətçiliyimizi xilas edib”. O qeyd edib ki,hələ sovet dövründə Əfqanıstanda, Fələstində və digər başqa yerlərdə yaşanan hadisələr özbaşına baş vermirdi:
"Sonrakı dövrdə Əfqanıstan, İraq, Liviya, Suriya, Yəməndə baş verən iğtişaşlar Qərb dövlətlərinin siyasətinin bəhrəsidir: “Onlar hadisələrin gedişini belə gözləmirdilər. Hazırda yaşanan miqrant axını nəticəsində gördülər ki, müharibələrdən özləri də əziyyət çəkir. İndi isə miqrantlara qarşı hasarlar çəkirlər. Dünyada islamofobiya artır. Nə qədər islamofobiya artırsa, islam dövlətlərinin Avropaya olan münasibəti də dəyişir”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 May, 2017 12:49 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |