|
|
Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində nazirlərin görüşü başlayıbDördüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində nazirlərin görüşü başlayıb. Ahlibeyt.az-ın Salamnews-a istinadən məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə keçirilən görüşdə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən söz açılıb. Tədbirdə 50-yə yaxın ölkənin mədəniyyət nazirlərinin, nazir müavinlərinin iştirak etdiklərini bildirən Ə.Qarayev vurğulayıb ki, Bakı Forumu beynəlxalq mədəniyyətlərarası dialoqa bir proses kimi baxır. Biz insanların arasında inam yaratmalıyıq. Bu tədbirlə biz müştərək dəyərləri paylaşırıq. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində üçüncü dəfədir ki, nazirlər görüşü keçirilir. Bu, Azərbaycanın mövqeyini əks etdirmək üçün çox yaxşı imkandır. Mədəniyyətlərarası dialoqun bir tələb olduğunu vurğulayan nazir Forumun sülhə əsaslanan dünyanın qurulması məqsədini daşıdığını bildirib. Qeyd edib ki, bu toplantıda müzakirə olunan məsələlər, o cümlədən turizmin tolerantlığın, qarşılıqlı anlaşmanın və dialoqun xalqlar arasında dərinləşdirilməsinə töhfəsi çox aktualdır. Əslində bu mövzuda çıxış edən insanlar arasında bir konsensus müşahidə edilir. Dünyanın müxtəlif ölkələrini təmsil edən maraqlı dairələr eyni dəyərlərin paylaşıldığını qeyd edirlər. İnklüziv cəmiyyət ideyasının təşviq edilməsi qlobal sülhün və təhlükəsizliyin təmin edilməsində yeganə yoldur. ![]() ![]() Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 May, 2017 12:21 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |