|
Yusif Əl-Useymin İƏT-inAzərbaycanın ərazi bütövlüyünə qəti və dəyişməz dəstəyini bir daha diqqətə çatdırıbXarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif Əl-Useymini qəbul edib Ahlibeyt.az-ın XİN mətbuat xidmətinə istinadən məlumatına görə,görüşdə Azərbaycan və İƏT arasında yüksək səviyyəli əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu. Bu xüsusda nazir E.Məmmədyarov Azərbaycanın İƏT-lə əlaqələrin hərtərəfli inkişafına xüsusi önəm verdiyini qeyd edərək, İslam dünyası ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın irəlilədilməsində İƏT-in əvəzsiz platforma olduğunu diqqətə çatdırdı. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizdə 2017-ci ilin İslam Həmrəyliyi ili elan edildiyini xatırladan nazir bu əsnada ölkəmizin ev sahibliyi ilə 12 may tarixində IV İslam Həmrəylik Oyunlarının açılış mərasimi keçiriləcəyini dedi. Azərbaycanın İƏT-in beynəlxalq arenada rolunun artmasında maraqlı olduğunu bildirən nazir E.Məmmədyarov BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə Azərbaycanın təşəbbüsü ilə “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirməsi” mövzusunda qurumun yüksək səviyyəli iclasının keçirildiyini diqqətə çatdırdı. Bunun İƏT-Azərbaycan arasında əlaqələrin artıq strateji tərəfdaşlıq xarakteri daşımasına bariz nümunəsi olmaqla yanaşı, İƏT-BMT arasında əməkdaşlığın genişlənməsinə öz töhfəsini verdiyini də əlavə etdi. E.Məmmədyarov Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İƏT-in yekdil və birmənalı mövqeyinin, həmçinin “Xocalıya ədalət” Beynəlxalq Təbliğat-Təşviqat Kampaniyasına dəstəyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırdı. O həmçinin 10-15 aprel 2016-cı ildə İstanbulda keçirilmiş İƏT zirvə toplantısında Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Kontakt qrupu təsis edilməsinin vacibliyindən danışdı. Baş katib Yusif Əl-Useymin Azərbaycanın dinlərarası dözümlülük və mədəniyyətlərarası dialoq üçün nümunəvi bir məkana çevrildiyini və bu sahədə keçirilən tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini bildirərək, ölkəmizin İslam dininin sülh, əməkdaşlıq və dostluq dini kimi təşviqi və İslamın əsl dəyərlərini təqdimatı istiqamətində fəaliyyətinin təqdirəlayiq hal olduğunu vurğuladı. Nazir E. Məmmədyarov Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan xalqına məxsus İslam mədəniyyət abidələrinin və dini ibadət ocaqlarının dağıdılması və məhv edilməsi siyasətini həyata keçirdiyini və bununla əlaqədar İƏT-in müvafiq qətnamələr qəbul etdiyini xatırladaraq, bütün üzv dövlətlərin Ermənistanın bu vandalizm əməllərinə son qoyması üçün səylərini artırmasını qeyd etdi. Yusif Əl-Useymi İƏT-in Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qəti və dəyişməz dəstəyini bir daha diqqətə çatdırdı. Görüşdə İƏT çərçivəsində sahəvi əməkdaşlığın inkişafı, təşkilatın struktur islahatı, digər beynəlxalq təşkilatlarla əməkdaşlığı kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 May, 2017 16:41 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |