|
“İlahiyyata dair əlyazmalar kataloqu”nun II cildi çap olunubAMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən “İlahiyyata dair əlyazmalar kataloqu”nun II cildi çap olunub. Ahlibeyt.az-ın AMEA mətbuat xidmətinə istinadən məlumatına görə,kataloqu institutun aparıcı elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Nailə Süleymanova tərtib edib. Kitabın elmi redaktorları - institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov və Ərəbdilli əlyazmalar şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Kamandar Şəriflidir. Farsdilli əlyazma təsvirlərinin redaktoru Könül Bağırova, ərəbdilli əlyazma təsvirlərinin redaktoru isə Yeganə Rəhnulladır. Kitaba ərəb, fars və türk dillərində qiraət, təcvid və təfsirə dair əlyazmaların elmi-paleoqrafik təsviri daxil olunub. Kataloq “Qiraət və təcvidə dair əlyazmaların təsviri”, “Təfsirə dair ərəbdilli əlyazmaların təsviri”, “Təfsirə dair farsdilli əlyazmaların təsviri”, “Təfsirə türkdilli əlyazmaların təsviri”, “Quran elmlərinə dair ərəb, fars və türkdilli əlyazmaların təsviri” , “Təsvir olunmuş əlyazmaların göstəriciləri”, “Qiraət və təcvidə dair göstəricilər”, “Təfsirə dair ərəbdilli əlyazmaların göstəriciləri”, “Təfsirə dair farsdilli əlyazmaların göstəriciləri”, “Təfsirə dair türkdilli əlyazmaların göstəriciləri” və s. bölmələrdən ibarətdir. Qeyd edək ki, bu cilddə indiyədək heç yerdə yayımlanmayan bir çox əsərlər yer alıb. Həmin əsərlər paleoqrafik xüsusiyyətəri, tərtibatı və yazılış tarixinin qədimliyinə görə xüsusi maraq doğurur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Aprel, 2017 14:04 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |