|
QMİ sədri Finlandiyada keçiriləcək konfransda iştirak edəcəkQafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə aprelin 26-da Finlandiyaya səfərə yola düşür. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bu barədə QMİ-nin mətbuat xidmətininməlumatında bildirilib. Səfərdə məqsəd aprelin 27-də Helsinki şəhərində keçiriləcək “Multikulturalizm, İslam həmrəyliyi və dinlərarası tolerantlıq: Azərbaycan təcrübəsi və onun Avropa üçün əhəmiyyəti” mövzusunda Konfransda iştirak etməkdir. Azərbaycanın Finlandiyadakı səfirliyinin və Helsinki Universiteti nəzdində Aleksanteri İnstitutunun təşkilatçılığı ilə keçiriləcək konfransda Azərbaycan və Finlandiyada fəaliyyət göstərən dini icmaların rəhbərləri, dövlət və hökumət nümayəndələri, parlament təmsilçiləri iştirak edəcəklər. Səfər çərçivəsində QMİ sədri Şeyxülislam A.Paşazadə Finlandiyanın Baş Nazirinin Beynəlxalq məsələlər üzrə müşaviri xanım Anna-Kaisa Heikkinen, Finlandiya xarici işlər nazirinin müavini Samuli Virtanen, Finlandiya parlamentinin dini məsələlər üzrə Administrasiya Komitəsinin sədri Juho Eerola və Finlandiyanın təhsil və mədəniyyət nazirinin müavini xanım Zabrina Holmström ilə görüşəcək. Şeyxülislam Allahşükür Paşazadənin səfər müddətində Finlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə də görüşü nəzərdə tutulur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Aprel, 2017 15:40 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |