|
Hacı Şahin Həsənli: "Məbəs" - İslamın mövlud günüdür"Məbəs günü peyğəmbərə ilk vəhyin nazil olduğu, yəni dinimizin mövlud günüdür. Bəzən biz məsumların mövlud gününü qeyd edirik. Məbəs günü isə İslamın mövlud günüdür. Bu bəşər tarixində ən əzəmətli hadisələrdən biridir". Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bunu SalamNews-a açıqlamasında ilahiyyatçı alim Hacı Şahin Həsənli deyib. Onun sözlərinə görə, Məbəs günü islami baxımdan fəzilətli bir gündür: "İl ərzində oruc tutmaq üçün 4 mühüm gün var. O günlərdən biri də Məbəs günüdür. Hədislərdə buyurulur ki, bu günün orucu 70 ilin orucuna bərabərdir. Buna görə də, imkanı olanlar bu günü oruc tuta bilər". İlahiyyatçı, həmçinin bütün dünya müsəlmanlarını, o cümlədən Azərbaycan xalqını Məbəs bayramı münasibəti ilə təbrik edib. Qeyd edək ki, bu il Rəcəb ayının 27-si aprelin 25-nə təsadüf edir. Bu tarix İslamda ən müqəddəs günlərdən biri hesab olunur. Məbəs günü Həzrət Məhəmməd (s) peyğəmbərə ilk ayələrin nazil olduğu və Onun Peyğəmbərliyə seçildiyi gündür.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Aprel, 2017 17:27 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |