|
|
İŞİD terror təşkilatının paytaxtı tam mühasirəyə alındı“Suriya Demokratik Qüvvələri” (SDQ) İŞİD terror təşkilatının paytaxtı Raqqa şəhərinə aparan bütün strateji yolları nəzarət altına götürüblər və şəhəri 4 tərəfdən mühasirəyə alıblar. Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən verdiyi xəbərə görə,Ria agentliyinin məlumatında qeyd olunur ki,bu haqda SDQ-in mətbuat-katibi Cihan Şex Əhməd bildirib. SDQ sözcüsü bildirib: “Biz İŞİD-in bütün təchizat yollarını kəsmişik. Biz, Deyr-əz-Zora aparan yolu azad edərək və Raqqa əyalətinin şərq hissəsini nəzarət altına alaraq, terrorçuların İraqla olan əlaqəsini kəsiblər. Tabka şəhərində irəlilədikcə bütün təchizat marşrutları kəsilib. Biz Raqqa-Tabka və Raqqa-Dəməşq yollarını nəzarət altına almışıq.” Bundan əlavə, SDQ qüvvələri Raqqa əyalətinin şimalında da irəliləməyə davam edir. “İŞİD artıq öz qüvvə və döyüş sursatlarını artıra bilməyəcək. Onlar Raqqada 4 tərəfdən də mühasirəyə alınıblar.” Mətbuat katibinin sözlərinə görə, İŞİD terrorçuları Raqqaya doğru geri çəkilirlər və şəhərin hüdudlarında döyüşlər aparmağa hazırlaşırlar. Kürdlər isə öz növbəsində, şəhərə doğru irəliləməyə doğru davam edilir. “Biz Şərqi, Qərbi və Şimali Raqqada minlərlə kvadrat kilometr ərazini azad etmişik. Raqqa bu ərazilər azad edilməmiş azad edilə bilməz.” Onun sözlərinə görə, Raqqanın İŞİD-dən təmizlənməsi əməliyyatın yekun hədəfidir-“Onun azad edilməsi çox vaxt tələb etməyəcək.” Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Aprel, 2017 15:04 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |