|
|
Azərbaycan vətəndaşlarının xaricdə dini təhsil alması ilə bağlı yeni qaydalar müəyyənləşdirilirAzərbaycan vətəndaşlarının xaricdə dini təhsil alması ilə bağlı yeni qaydalar müəyyənləşdirilir. Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında “Dini etiqad azadlığı haqqında” qanunun 24-cü maddəsinə təklif olunan dəyişiklik müzakirəyə çıxarılıb. Təklif olunan yeni bəndə əsasən, vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə göndərilməsi, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla dini mərkəz tərəfindən həyata keçirilir. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub. Dəyişikliyə uyğunlaşdırma məqsədilə müvafiq olaraq Cinayət Məcəlləsinin müvafiq maddələrində də dəyişiklik edilir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Aprel, 2017 14:09 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir. |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |