|
|
Komitə sədri: Radikal qruplar fəaliyyətlərində elektron nəşr formalarından da istifadə edirlər“Bəzi radikal dini qruplar dini təhrif edərək, yanlış fomada insanlara çatdırmaqla onları səhv yola çəkmək istəyirlər”. Ahlibeyt.az-ın “Report”-a istinadən verdiyi xəbərə görə, bunu Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakıda keçirilən “Kitab nəşri və rəqəmsal inqilab: rəqəmsal nəşriyyat sənayesinə doğru istiqaətlər, proseslər və praktiki addımlar” mövzusunda beynəlxalq seminarda deyib. O bildirib ki, həmin radikal qruplar bu sahədəki fəaliyyətlərində elektron nəşr formalarından da istifadə edirlər: “Radikal dini qruplar təhrif olunmuş dini yazıları yaymaq üçün elektron vasitələrdən də istifadə edirlər. Ona görə bu prosesləri diqqətdə saxlayırıq. Ümumiyyətlə, Azərbaycana daxil olan bütün dini resurslar yoxlanılır”. Seminarda çıxış edən Milli Məclisn İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə vurğulayıb ki, elektron nəşrlərin yaranması inkişafı situmllaşdırmaqla yanaşı, plagiatlığın daha da artması problemini də ortaya çıxarır: "Buna qarşı mübarizə aparmaq vacibdir". Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Aprel, 2017 16:49 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |