|
|
Gəncədə Şah Abbas məscidində azan verilməməsinə aydınlıq gətirilibGəncənin Şah Abbas məscidində dünən axşam və bu gün azan verilməməsinin səbəbi açıqlanıb.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbə müdiri Hacı Asif Əliyev Apa-ya bildirib ki, buna səbəb azanın səsləndirildiyi qurğunun xarab olmasıdır.
Şöbə müdiri qeyd edib ki, dini icma tərəfindən həmin qurğu təmirə göndərilib və artıq bərpa olunub:
“Səsgücləndirici qurğu sıradan çıxdığı üçün bu gün səhər və günorta namazlarında azan səsləndirilməyib. Heç bir problem yoxdur, bu gün axşamdan məsciddə azan veriləcək. Sadəcə, bəzi dindarlar bundan xəbərsiz olduqlarına görə narahatlıq keçirmişdilər, biz də onları məlumatlandırdıq”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Aprel, 2017 19:06 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |