|
|
Böhtan və təhqirə görə cərimələr kəskin artırılırAzərbaycanda böhtana görə cərimənin son həddi üç dəfə, təhqirə görə cərimənin son həddi artırılır.
Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinin 147 (Böhtan) və 148-ci (Təhqir) maddələrinə dəyişikliklər təklif edilir.
Dəyişikliyə əsasən, 147-ci maddənin birinci bəndinin (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) sanksiyasında “100 manatdan 500 manata qədər” cərimələr “1000 manatdan 1500 manata qədər” cərimələri ilə əvəzləndirilir.
148-ci maddənin sanksiyasında isə “300 manatdan 1000 manata qədər” cərimələrin isə “1000 manatdan 1500 manata qədər” cərimələr ilə əvəzlənməsi təklif olunur.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və aprelin 25-də müzakirəyə çıxarılacaq.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Aprel, 2017 12:36 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |