إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bakıda V Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası 28 sentyabr 2017-ci il tarixində 5-ci dəfə öz qapılarını kitabsevərlərin üzünə açacaq.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,nazirliyin məlumatında bildirilir ki, V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak üçün sənədlərin qəbulu davam edir.

28-30 sentyabr tarixində Bakı İdman Sarayında (keçmiş Əl Oyunları İdman Sarayı) keçiriləcək sərgi-yarmarkanın təşkilində əsas məqsəd ölkədə kitaba, mütaliəyə marağın daha da artırılması ilə yanaşı, Azərbaycan kitab mədəniyyətinin dünyaya tanıdılması, yerli və xarici nəşriyyatlar, kitab evləri arasında yeni əməkdaşlıq imkanlarının yaradılmasıdır.

Kitab sərgi-yarmarkası çərçivəsində dünyanın müxtəlif nəşriyyat-poliqrafiya müəssisələrinin çap işləri nümayiş olunur, tanınmış şair-yazıçılarla görüşlər, çoxsaylı təqdimatlar, ədəbi-işgüzar müzakirələr keçiriləcək.

İştirakçı müəssisələr tərəfindən nəşr məhsullarının nümayişi ilə yanaşı, satışı da təşkil edilir.
Sərgi-yarmarkanın son günü iştirakçılar (müəssisələr) arasından seçilmiş qaliblərə “Ən yaxşı nəşriyyat” və “Ən yaxşı kitab” mükafatları təqdim olunacaq.

Cari ildə sərgi-yarmarkada 100-dən çox yerli, 30-dan artıq xarici nəşriyyat, kitab evi və başqa qurumların iştirakı gözlənilir.

V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak haqqında ilkin məlumat ən gec 14 avqust 2017-ci il tarixinədək sərgi-yarmarkanın Təşkilat Komitəsinə təqdim olunmalıdır.

Yarmarkaya iştirakçı kimi qatılmaq istəyənlər (nəşriyyat, kitab evi, kitabxana, səfirlik, yaradıcı birlik və s.) iştirak sənədlərini Təşkilat Komitəsindən çap və ya elektron variantında əldə edə bilərlər:


(tel.: (012) 493 06 80, e-mail: nrtis@mct.gov.az).

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Aprel, 2017  14:22 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!