|
|
“Naxçıvanın tarixi abidələri” adlı dərslik işıq üzü görübNaxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və Naxçıvan Dövlət Universitetinin müəllimi Fizzə Quliyevanın müəllifi olduğu “Naxçıvanın tarixi abidələri” adlı dərslik işıq üzü görüb. Ahlibeyt.az-ın AMEA mətbuat xidmətinə istinadən məlumatına görə,dərslikdə e.ə. VII minillikdən başlayaraq Naxçıvan ərazisində yaranan qədim yaşayış yerləri və memarlıq abidələri haqqında məlumatlar öz əksini tapıb. Kitabda, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin 6 dekabr 2005-ci il tarixli “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” Sərəncamı əsasında 2006-2016-cı illər ərzində beynəlxalq ekspedisiyaların iştirakı ilə aparılan arxeoloji araşdırmalar zamanı aşkarlanan müxtəlif dövrlərə aid abidələr və maddi-mədəniyyət nümunələri elmi cəhətdən təhlil edilib. Nəşr tədqiqatçılar, müəllimlər və universitet tələbələri, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Aprel, 2017 18:31 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |