|
Balakəndə Qafqaz Albaniyası dövrünə aid tarixi abidə tapılıbBalakəndə Qafqaz Albaniyası dövründə tikilmiş tarixi abidə tapılıb. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli məlumat verib. Akif Məmmədlinin sözlərinə görə, Balakən rayonunun Qazbinə kəndinin inzibati ərazisinin yaxınlığında dağlıq ərazidə, el arasında “Laçın qaya” adlanan qayalığın cənubunda dağın sirtində bu günə qədər elmə bəlli olmayan, tarixi abidələrimizin siyahısına salınmayan yeni bir tarixi abidə aşkar edilib. Yeni tapılan abidə Qafqaz Albaniyası dövrünə aiddir və xristian məbədlərindəndir. Tarixçinin sözlərinə görə, naməlum şəxslər abidəyə xəzinə tapmaq ümidi ilə böyük ziyan vurublar. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Aprel, 2017 13:32 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |