|
Bakıda “İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası” mövzusunda beynəlxalq konfrans keçirilirBakıda Qafqaz Müsəlmanları İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Beynəlxalq Türk Mədəniyyət və İrsi Fondunun təşkilatçılığı ilə “İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası” mövzusunda beynəlxalq konfrans keçirilir. Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, konfransda QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin sədr müavini Bahar Muradova, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla, İslam Tarix, Sənət və Mədəniyyət Araşdırmaları Mərkəzinin (İRCİCA) baş direktoru Xalid Eren, Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov, Azərbaycandakı müxtəlif dini icmaların liderləri, bəzi xarici ölkələrin Azərbaycandakı səfirləri iştirak edirlər. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Bakıda keçirilən beynəlxalq konfransda bildirib ki, . “Dini və milli zəmində ekstremizm, ksenofobiya, islamofobiya, radikalizm, terrorizm təzahürlərinin tüğyan etdiyi, miqrant böhranının yaşandığı bir dövrdə Azərbaycanın dövlət başçısı İlham Əliyev xalqımızın ənənəvi milli, tarixi irsinə söykənərək, qlobal miqyasda ümumbəşəri ideyaların carçısı kimi çıxış edir”. O qeyd edib ki, ölkədə Multikulturalizm, ardınca İslam Həmrəyliyi illərinin elan olunması təqdirəlayiqdir: “Bu, Azərbaycanın beynəlxalq nüfuzu üçün zəfərdir. Müqəddəs dinimizin sülhsevər mahiyyətinin dünya miqyasında təbliği istiqamətində əməli səylər göstərən dövlət başçının İslam Həmrəyliyi ili ideyası yalnız İslam dünyası daxilində deyil, İslam aləmi ilə digər dinlər arasında həmrəyliyin harmoniyasını ehtiva edir. İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi də bu məramın təzahürüdür. Azərbaycan bütün dünyaya nümayiş etdirir ki, dini-mədəni müxtəlifliyin harmoniyasına istinad edən cəmiyyət yaratmaq mümkündür. Azərbaycan bu gün dünyaya uğurlu ideyalarını təqdim etmək qüdrəti olan dövlətə çevrilib”. Şeyxülislam deyib ki, Azərbaycanın dövlət başçısının sülhsevər siyasətini dəstəkləyən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini, ədalətli sülhü istəyən Azərbaycan xalqı ədaləti bərpa etməyə qadirdir: “İldönümünü qeyd etdiyimiz aprel zəfəri bunun bariz nümunəsidir. Allah bütün şəhidlərimizə rəhmət etsin! Ali Baş Komandanın əmrinə müntəzir Azərbaycan ordusu bayrağımızı işğal altında olan bütün torpaqlarımızda ucaldacaq, inşallah. Dədə-baba torpaqlarımıza qovuşub oradakı dini-mənəvi məkanlarımızı bərpa edəcəyik. Dövlət rəhbərimizin dəstəyi ilə Cocuq Mərcanlıda ucaldılacaq məscid xalqımız üçün müjdə olacaq”. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, dünyada hətta atom nüvə silahına malik olan islam dövlətləri var, amma bu missiyanı, İslam Həmrəyliyini Azərbaycan öz üzərinə götürüb: “Su İslam Həmrəyliyi Oyunları üçün simvol seçilib. Su islamda aydınlıq, yanan odu söndürmək deməkdir. Bu gün Yaxın Şərqdə böyük bir tonqal qalanıb”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Aprel, 2017 13:20 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |