|
|
Bakıda “Yehova şahidləri” qeyri-ənənəvi dini təriqət üzvlərinin qanunsuz toplaşdığı yerlər aşkarlanıbAprelin 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və hüquq-mühafizə orqanları tərəfindən Qaradağ rayonu ərazisində yerləşən iki ünvana əməliyyat-baxış tədbiri keçirilib. Ahlibeyt.az-ın Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən məlumatına görə, həyata keçirilmiş tədbirlər nəticəsində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Orucova Solmaz Məmməd qızına məxsus X.İsmayılov küçəsi, 5-ci massiv, ev 18 ünvanında və Ağaliyeva Sevil Babaəli qızına məxsus 1594-cü keçid, ev 24, mənzil 52 ünvanında “Yehova şahidləri” qeyri-ənənəvi dini təriqət üzvlərinin qanunsuz toplantı keçirdikləri aşkar edilərək qarşısı alınıb. İki ünvanda 10-u azyaşlı uşaq olmaqla ümumilikdə 33 nəfər müəyyən edilib, həmin dini təriqətin təbliğini ehtiva edən çox sayda dini təyinatlı ədəbiyyat aşkar edilərək götürülüb və müvafiq qaydada sənədləşdirilib. Fakt üzrə müvafiq araşdırma və təhqiqat tədbirləri davam etdirilir
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Aprel, 2017 13:39 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |