|
|
“Hacı Cavad” məscidinin taleyi necə olacaq?İslam.az-a məscidin dini icmasından daxil olan xəbərə görə,martın 9-da Dini Qurumlarla Iş üzrə Dovlət Komitəsindən məscid rəhbərliyinə yenidən bildirilib ki, məscid tezliklə söküləcək, onun saxlanması mümkün olmadı. Aldıgımız digər məlumata gorə, bunun səbəbi odur ki, həmin ərazidə aparılan yenidənqurma işlərinin planında o məscid yoxdur. Yeni plan hazırlamağa məsul qurumlar isə layihəni dəyişmək istəmirlər. Göründüyü kimi, məscidin sökülməsinə qərar verənlər məscidi saxlamaq istəyənlərdən daha güclü çıxdılar. Qeyd edək ki, dünyada Azərbaycan kimi, hətta daha çox abadlaşdırılan ölkələr var. Amma onlar buna görə öz məbədlərindən imtina etmirlər. Əlbəttə ki, şəhərin köhnə tikililərdən təmizlənib müasir üslübda salınması təqdirə layiq haldır. Amma bu yenidənqurma planına bir məscid daxil etmək, onu yeni layihəyə uyğunlaşdırmaq bu qədərmi çətindir? Mənbə:İslam.az *** Xatırladaq ki,“Hacı Cavad” məscidinin dindarlarından İslam.az-a daxil olan məlumata görə, martın 7-də söküləcəyi barədə xəbər yayılandan bir gün sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları məscidə gəliblər. Onların məscid rəhbərliyinə bildirdiyinə görə, məsələ hansısa anlaşılmazlığın nəticəsi olub və artıq həllini tapıb. Komitə əməkdaşları bildiriblər ki, məscid sökülməyəcək.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Aprel, 2017 11:50 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |