|
|
Azərbaycanda dini nifrət və düşmənçiliyin salınmasına görə cəzanın cəriməsi 6 dəfə artırılırAzərbaycanda dini nifrət və düşmənçiliyin salınmasına görə cəzanın cəriməsi 6 dəfə artırılır. Ahlibeyt.az-ın "Report"a istinadla xəbərinə görə, hazırda Cinayət Məcəlləsin əsasən, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə 1000 manatdan 2 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Dəyişikliyə əsasən, cəzanın cəriməsinin miqdarının 8 min manatdan 12 min manatadək artırılması təklif edilir. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Aprel, 2017 15:45 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir. |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |