إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Hacı Şahin Həsənli: Şəhidlərin qanı hesabına xalq mövcud olur

"Aprel hadisələri Azərbaycan xalqının tarixinə həkk olunub. Bu Azərbaycanın şanlı bir tarixinə çevrilib. Azərbaycan xalqı, o cümlədən Azərbaycan Ordusu sübut etdilər ki, onlar torpağımızın işğalı ilə barışmırlar. Biz bu yüksək əhval ruhiyyəni şəhidlərimizin dəfn mərasimində hiss etdik. Bütövlükdə xalq səfərbər ola bildi və şəhid cənazələrini böyük bir ehtiramla dəfn etdi".

Ahlibeyt.az-ın məlumatına görə, bunu SalamNewsa-a açıqlamasında ilahiyyatçı alim, "Məşədi Dadaş" məscidinin axundu Hacı Şahin Həsənli deyib.

Onun sözlərinə görə, gənclər şəhidlərimizin qəbirləri üzərində vətənə sədaqət andı içiblər:

"Şəhidliyə hazır olmaq, ona dəyər vermək aprel hadisələrində başlıca bir məqam idi. Şəhidlik dinimizdən gələn dünya görüşüdür.Qurani-kərim şəhidə dəyər verir.Şəhid Allahın yanında əbədi və ölməzdir.Doğrudan da, bu ölməzlik hansı anlam kəsb edir biz bunu anlaya bilmirik.

Şəhidlər, hətta dünyadan köçdükdən sonra belə dünya ilə əlaqələrini itirmirlər. Onlar bizi görürlər və əməllərimizə şahiddirlər və axirətdə şəhidlər şəfaət edəcəklər. Onlar nəinki cənnətə daxil olacaqlar, hətta öz yaxınlarına, xalqına, əziz insanlarına şəfaət edəcəklər. Yəni şəhidlər bütün xalqın boynuna haqq qoyurlar. Şəhidlərin haqqı xalqın boynundadır. Şəhidlərin qanı hesabına xalq, müstəqillik mövcud olur. Şəhidlərin hesabına torpq yaşayır, vətən olaraq qəbul edilir.

İlahiyyatçının sözlərinə görə, doğrudan da, şəhidlərin insanların taleyində hansı rol oynadığını biz dərk edə bilmərik: "Mənəvi qanunlar var ki, insanlar hələ o qanunları kəşf etməyiblər. Torpaq uğrunda həqiqətən qan axırsa və fədakarlıq nümunələri yaranırsa, bu, bir xalqın mövcud olma səbəbidir. Bu, xalqın baş ucalığına səbəb olan amillərdir. Allah şəhidlərimizə rəhmət etsin!"

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Aprel, 2017  13:13 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!